• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Beyləqanda restoranda, Masallıda ikimərtəbəli evdə yanğın olub

HADİSƏ

05 Sentyabr 2021 | 09:21 | Müəllif: Subhan Mahmudov

Beyləqanda restoranda, Masallıda ikimərtəbəli evdə yanğın olub

Beyləqan rayonunda ümumi sahəsi 2000 m² olan restoran kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin ərazisində 50 m² sahədə məişət tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, yüksək temperaturdan tikilinin 1 otağının lambirindən ibarət tavanı 10 m² sahədə əriyib, qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Masallı rayonunun Bambaşı kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli (hər mərtəbəsi 120 m²) evin ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 45 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026