• Bakı 20° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Beyləqanda kanalda batan şəxsin kimliyi məlum oldu - YENİLƏNDİ

HADİSƏ

16 Avqust 2026 | 12:35 | Müəllif: Zeynəb Rzayeva

Beyləqanda kanalda batan şəxsin kimliyi məlum oldu - YENİLƏNDİ

Beyləqanda kanalda batan şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, kanalda batan 2007-ci il təvəllüdlü Hüseynli Rəvanə Rəşad qızıdır.

Hazırda FHN-nin dalğıc-axtarış qrupu R.Hüseyinlinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirlərini davam etdirir.

***

10:50
 

Qarabağ kanalında bir nəfər batıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026