• Bakı 18° C

    1.06 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Beyləqanda 8 yaşlı uşağı maşın vurdu

HADİSƏ

25 Oktyabr 2025 | 17:12 | Müəllif: Gülşən Şərif

Beyləqanda 8 yaşlı uşağı maşın vurdu

Beyləqanda avtomobil 8 yaşlı piyadanı vurub, vəziyyəti ağırdır.

Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə rayonun Dünyamalılar kəndi ərazisində baş verib.

Rayon sakini Rasim Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu keçən 2015-ci il təvəllüdlü Salahlı Adəm Rövşən oğlunu vurub.

Piyada A.Salahlı müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, A.Salahlı qapalı kəllə-beyin travması alıb, kamatoz vəziyyətdədir.

Faktla bağlı araşdırma başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026