• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Balakəndə fərdi yaşayış evi yandı

CƏMİYYƏT

13 Iyul 2021 | 21:25

Balakəndə fərdi yaşayış evi yandı

Balakən rayonunun Qazma kəndində, kənd sakini Adil Nurəddin oğlu Məmmədova məxsus, ümumi sahəsi 320 kv/m olan, ikimərtəbəli yeddi otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində evin ikinci mərtəbəsində olan dörd otağın yanar konsrtuksiyaları, ev əşyaları və evin dam örtüyü tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026