• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakıda güclü külək məktəblini öldürdü

HADİSƏ

07 Sentyabr 2023 | 09:35

Bakıda güclü külək məktəblini öldürdü

Bakının Xəzər rayonu ərazisində 12 yaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, güclü külək səbəbindən Albalılıq yaşayış massivində yerləşən fərdi evin divara bərkidilmiş darvazası aşıb. Nəticədə dəmir darvaza 2011-ci il təvəllüdlü Amil Cəlilovun üzərinə düşüb.

12 yaşlı oğlan yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Cəlilov orta məktəbin 7-ci sinif şagirdi olub. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR