• Bakı 21° C

    2.45 m/s

Bakıda avtomobil iki yerə bölündü - VİDEO

HADİSƏ

07 Iyul 2026 | 00:35 | Müəllif: Subhan Mahmudov

Bakıda avtomobil iki yerə bölündü - VİDEO

Böyükşor–Pirşağı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az “Bakues.az”a istinadən xəbər verir ki, qəza nəticəsində avtomobil iki hissəyə bölünüb.

Belə ki, nəqliyyat vasitəsinin hissələrindən biri hadisə yerindən təxminən 100 metr uzaqlığa düşüb.

Məlumata görə, qəza zamanı avtomobildə yanğın baş verib. Həmçinin zərbənin təsirindən yolkənarı dirəklərdən biri yerindən qopub.

Hadisə yerinə polis, yanğınsöndürənlər və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Qəzanın başvermə səbəbi məlum deyil. Qəza nəticəsində xəsarət alan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026