• Bakı 20° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi - FOTO

CƏMİYYƏT

08 Sentyabr 2026 | 15:06 | Müəllif: Qalib İbrahimoğlu

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi - FOTO

Bakcell Peerstack Academy tələbələri üçün süni intellekt üzrə hakaton keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli çatbot hazırlayıblar. Komandalar süni intellekt alətləri, düzgün sorğu hazırlama və proqramlaşdırmadan istifadə edərək ideyalarını real layihəyə çeviriblər.

İştirakçılar layihələr üzərində işləyərkən Claude, Google Colab, Hugging Face, Ollama, Gradio və Streamlit kimi ödənişsiz alətlərdən istifadə ediblər. Final mərhələsində komandalar hazırladıqları çatbotları təqdim edərək istifadə etdikləri üsul və texnologiyalar barədə məlumat veriblər.

Layihələr funksionallıq, düzgün sorğu hazırlama, məlumatlardan düzgün istifadə, kodun yoxlanılması, istifadəçi təcrübəsi və təqdimat meyarları əsasında qiymətləndirilib.

Hakatonun sonunda fərqlənən iştirakçılar Bakcell tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.


Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi - FOTOBakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi - FOTOBakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi - FOTOBakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi - FOTOBakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi - FOTOBakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi - FOTOBakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi - FOTOBakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026