• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanlı müğənni evində ölü tapıldı

MƏDƏNİYYƏT

01 May 2024 | 00:20 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı müğənni evində ölü tapıldı

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib.

Bakıvaxtı.az Olay.az-a istinadən xəbər verir ki, o, yaşadığı Kürdəxanı kəndində evində dünyasını dəyişib. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Züleyxa Rəhimi 1937-ci ildə anadan olub. 13 yaşında Suraxanıda yerləşən Mədəniyyət Evində solist kimi fəaliyyət göstərib. 1969-cü ildə Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra ailə həyatı qurub. Oğlunun 2 yaşı olanda o, həyat yoldaşından boşanıb.

Rəhimi "Qubanın ağ alması", "Gəlmə, gəlmə" kimi mahnılarıyla məşhur olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026