• Bakı 23° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azərbaycanda yol çökdü - VİDEO

CƏMİYYƏT

11 Sentyabr 2026 | 10:21 | Müəllif: Əli Hüseynov

Azərbaycanda yol çökdü - VİDEO

Quba–Xınalıq yolunun 35-ci kilometrliyində yol çöküb.

Bakıvaxtı.az xəbər verir ki, son günlər yağan yağışlardan sonra yolun hərəkət hissəsi sürətlə dərəyə doğru uçur.

Yeddi yaşayış məntəqəsinin sakinlərinin istifadə etdiyi bu yol eyni zamanda bölgənin əsas turizm marşrutlarından biridir.

“Gedib-gəlmək çətindir. Bu yoldan hər gün istifadə edənlər var. Sürüşmələr çox olduğu üçün yollar pis gündədir”, – deyə sakinlərdən biri qeyd edib.

AAYDA-dan məsələ ilə bağlı bildirilib ki, Quba–Xınalıq avtomobil yolunda torpaq sürüşməsi nəticəsində yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır:

“Hadisənin baş verdiyi hissədə nəqliyyat vasitələrinin hərəkəti üçün yolun digər zolağı təhlükəsizlik təmin edilməklə açıq saxlanılıb”.

Daha ətraflı İTV-nin süjetində:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026