Mingəçevirdə tələbənin dəm qazından boğulub ölməsinin təfərrüatları məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, 2003-cü il təvəllüdlü Vüsal Hüseynovun ailə üzvləri dünən Mingəçevir Dövlət Universiteti ilə əlaqə saxlayıblar. Onlar Vüsalın zənglərə cavab vermədiyini və itkin düşdüyünü bildiriblər. Məsələ ilə bağlı MDU-nun rektorunun müşaviri Ramin Məmmədova məlumat verilib. O, Vüsal Hüseynovun kirayə yaşadığı mənzilə gedib. R.Məmmədov qapını qıraraq evə daxil olub və tələbənin meyitini aşkarlayıb.
Qeyd edək ki, Vüsal Hüseynov Mingəçevir şəhərində taksi fəaliyyəti ilə də məşğul olurmuş. /Unikal
15:40
Mingəçevir Dövlət Unversitetinin tələbəsi dəm qazından zəhərlənərək ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Mingəçevir şəhəri Sahil küçəsi 9 ünvanında baş verib.
2003-cü il təvəllüdlü Qazax rayon sakini və Mingəçevir Dövlət Unversitetinin tələbəsi Vüsal Hüseynov yaşadığı evdə dəm qazıbdan zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma başlanıb.








jpg-1680076428.webp)







