• Bakı 21° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Azərbaycanda polis bıçaqlandı

HADİSƏ

11 Oktyabr 2021 | 11:09

Azərbaycanda polis bıçaqlandı

Bir neçə gün əvvəl Daşkəsən rayonunun Çıraqlı kəndində 1996-cı il təvəllüdlü Nəbiyev Ruhlan Asim oğlunun bıçaqlanması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bakıvaxtı.az Publika.az-a istinadən xəbər verir ki, kənd sakini 1969-cu il təvəllüdlü Hüseynəliyev Faiq Abbas oğlu tərəfindən bıçaqlanan gənc polis əməkdaşı olub. Belə ki, polis serjantı olan Ruhlan Daşkəsən rayon Polis Şöbəsinin İTB-nin Çıraqlı kənd üzrə sahənin polis nəfəri vəzifəsində çalışır. Hadisə isə münaqişə zəminində baş verib.

Polis əməkdaşları tərəfindən saxlanılan 52 yaşlı Faiq Hüseynəliyev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə işə açılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026