• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda DƏHŞƏT: Ata və oğlu GÜLLƏLƏNDİ

HADİSƏ

22 Iyun 2022 | 17:50

Azərbaycanda DƏHŞƏT: Ata və oğlu GÜLLƏLƏNDİ

Sabirabadda ata və yeniyetmə oğlu güllələnib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Minbaşı ərazi vahidliyinin Qarağac kəndində heyvan obasında baş verib.

Minbaşı kənd sakini, 1981-ci il təvəllüdlü Hüseynov Fazil Kamil oğlu və onun yeniyetmə oğlu 2005-ci il təvəllüdlü Hüseynov İbrahim Fazil oğlu ayaqlarından ov tüfəngi ilə güllələnib.

Özlərinin bildirdiyinə görə, onlar kəndin çöllük ərazisində olarkən kənd sakini, 18 yaşlı Sahib adlı qonşuları maşınla ora gələrək əlindəki qoşalülə tüfəngi yerə atıb bu zaman tüfəngdən avtomatik açılan atəş ata və oğulu ayaqlarından yaralayıb. Hər iki yaralı ayaq sümüyün zədələnməsi diaqnozu əvvəlcə Şirvan şəhər xəstəxanasına daha sonra Bakıya Respublika Klinik xəstəxanasına yola salınıb.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026