• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanda aqrar sektor  böyüyüb

CƏMİYYƏT

17 Mart 2023 | 12:41

Azərbaycanda aqrar sektor böyüyüb

Bu yanvar-fevral aylarında Azərbaycanda 895,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Bakıvaxtı.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % çoxdur.

Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 1,9 % artaraq 46,4 milyon manat, heyvandarlıq məhsulların dəyəri isə 3,4 % artaraq 849,2 milyon manat təşkil edib.

Martın 1-nə qədər Azərbaycanın əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb. 54,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 8,6 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (qarğıdalı daxil olmaqla), 14,7 min hektar sahədə kartof, 11,1 min hektar sahədə tərəvəz, 19,9 min hektar sahədə yemlik bitkilər, 0,3 min hektar sahədə texniki bitkilər, 0,1 min hektar sahədə sair bitkilər əkilib. Təsərrüfatlarda yanvar-fevral aylarında 39,5 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 0,8 % çox tərəvəz məhsulları istehsal edilib.

Yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta istehsal edilib, 1 il əvvələ nisbətən ət istehsalı 2,8 %, süd istehsalı 1,1 % və yumurta istehsalı 16,1 % artıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026