• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan Ordusu təlim keçir - VİDEO

CƏMİYYƏT

30 May 2023 | 12:28

Azərbaycan Ordusu təlim keçir - VİDEO

Cari ilin hazırlıq planına əsasən, ümumqoşun poliqonunda Raket və Artilleriya Qoşunlarının bölmələrində keçirilən döyüş atışlı taktiki təlimlər davam edir.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, plana uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması və icrası üzrə nəzərdə tutulan tapşırıqları normativǝ uyğun yerinə yetiriblər.

Vətən müharibəsi və son əməliyyatlarda qazanılan təcrübə nəzərə alınmaqla real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr reaktiv yaylım atəşi sistemi və özüyeriyən haubitsalardan nümunəvi döyüş atışları icra ediblər.

Döyüş atışlı taktiki təlimlərdə şərti düşmənin idarəetmə məntəqələrinin, canlı qüvvəsinin və digər hədəflərinin aşkar edilməsi, eləcə də müəyyən olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar peşəkarlıqla icra olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026