• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan millisi İsveçlə heç-heçə etdi

İDMAN

17 Dekabr 2024 | 23:44 | Müəllif: Subhan Mahmudov

Azərbaycan millisi İsveçlə heç-heçə etdi

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində ilk oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi komanda doğma meydanda İsveç seçməsini qəbul edib. Bakı İdman Sarayında reallaşan görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Azərbaycan millisinin heyətində qolları Oqtay Rüstəmli (2 qol) və Xəzər Ağalızadə vurublar.

Qarşılaşmanı qazaxıstanlı hakimlər - Aslan Qalayev, Turexan Tursumbayev və Nurlibek Kalimaqanbetov idarə ediblər.

Qeyd edək ki, İsveç millisi ilk matçında evdə Yunanıstana 1:4 hesabı ilə məğlub olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026