Fransanın cənub-qərbində - Bordo şəhəri yaxınlığında baş verən irimiqyaslı meşə yanğınlarından biri yenidən alovlanıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən bildirir ki, Fransa rəsmilərinin verdiyi məlumata görə, Landirasda başlayan və təxminən 6 min hektar meşənin məhvinə səbəb olan yanğın yenidən təsirini artıraraq sürətlə yayılmağa başlayıb.
Açıqlamada Belin-Beliet qəsəbəsində təxminən 6 min insanın evlərindən təxliyə edildiyi, 16 evin zərər gördüyü bildirilib.
Fransanın daxili işlər naziri Gerald Darmanin bildirib ki, yanğının baş verdiyi ərazilərdə araşdırmalar aparılır. Yanğının qəsdən törədildiyi ehtimal olunur.
Əraziyə mindən çox yanğınsöndürən, 9 təyyarə və iki yanğınsöndürən vertolyot cəlb edilib.
Aytac Aslan

















