• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ata həbsdəki oğluna narkotik keçirmək istədi

HADİSƏ

19 Sentyabr 2022 | 10:23

Ata həbsdəki oğluna narkotik keçirmək istədi

Ədliyyə nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Bakıvaxtı.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Cəmil Qeysər oğlu Məmmədovla görüşə gəlmiş atası Şuşa rayon sakini Qeysər Cəmil oğlu Məmmədovun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki şalvarın yan cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,106 qram narkotik maddə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026