“Assiqmatizm zamanı eynək taxmaq lazımdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Carullazadə deyib.
Onun sözlərinə görə, əgər eynək istifadəsi zamanı 100% görmək mümkün olursa, bu, əməliyyatla keçib gedir.
"Bizim məqsədimiz odur ki, 10-12 yaşa qədər uşaq gərək eynəklə 100% görsün. Əgər 10 yaşa qədər 100% görmürsə, əməliyyatla bunu aradan qaldırmaq olmaz", - deyə İmran Carullazadə əlavə edib.
Mina Mikayılova




jpg-1729853898.webp)











