“Ali təhsil müəssisələrinə Covid pasportsuz daxil olan tələbələr üçün məsuliyyəti tələbə deyil, birbaşa təhsil müəssisəsi daşıyacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Nazirlər Kabineti yanaında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı bildirib.
“Yaşı 18-i keçsə də, tələbələr Ali təhsil müəssisələrinə Covid pasportsuz girərsə, buna görə məsuliyyəti universitet rəhbərliyi daşıyacaq”.
Nuranə Daxilqızı
















