• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ağrı bir ayaqdadırsa... - Həkim XƏBƏRDARLIQ ETDİ

CƏMİYYƏT

09 Sentyabr 2026 | 15:34 | Müəllif: Zeynəb Rzayeva

Ağrı bir ayaqdadırsa... - Həkim XƏBƏRDARLIQ ETDİ

“Uşaqlarada davamlı və gündüzlər olan ağrını boy artımı ilə əlaqələndirmək düzgün deyil”.   

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Mütəxəssis bildirib ki, uşaqlarda boy artımı dövründə müəyyən ağrılar müşahidə oluna bilər. Lakin hər bir ağrını boy artımı ilə əlaqələndirmək düzgün deyil.

Onun sözlərinə görə, boy artımı ilə əlaqəli ağrılar adətən axşam saatlarında hiss olunur, davamlı xarakter daşımır və bir müddət sonra öz-özünə keçib gedir. Bu ağrılar zamanı həmin nahiyədə qızartı, şişkinlik, hərəkət və ya yeriş pozuntusu kimi əlavə əlamətlər müşahidə edilmir. Ağrılar bəzən hər iki ətrafda simmetrik şəkildə də ortaya çıxa bilər.   

“Boy artımı ilə əlaqəli olan ağrılar, belə deyək, axşamlar yaranır, həmişə olmur və keçib gedir. Həmin nahiyədə qızartı, şişkinlik, yeriş və hərəkət pozulmaları müşahidə edilmir”, - deyə İ.Şıxbabayev vurğulayıb.   

Travmatoloq qeyd edib ki, ağrı yalnız bir nahiyədə davamlı şəkildə olursa, gün ərzində də hiss edilirsə və hərəkət funksiyasının pozulmasına səbəb olursa, bunu boy artımı ilə əlaqələndirmək olmaz. Həmçinin ağrı ilə yanaşı qızartı, şişkinlik və ya hər hansı anatomik dəyişiklik müşahidə edilərsə, uşağın həkim müayinəsindən keçirilməsi vacibdir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026