• Bakı 28° C

    3.93 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Ağdamda daha bir ərazidə YANĞIN - VİDEO - YENİLƏNİB

HADİSƏ

23 Iyul 2026 | 08:44

Ağdamda daha bir ərazidə YANĞIN - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

00:46

Ağdam rayonunda növbəti yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, yanğın rayonun Kəngərli kəndi ərazisində başlayıb.

Hazırda həm Sarıcalı, həm də Kəngərli kəndləri istiqamətində davam edən yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Ağcabədi və Xocalı rayonlarının Dövlət Yanğından Mühafizə bölmələrinin əməkdaşları da əraziyə cəlb olunub.

Yanğının lokallaşdırılması və söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyul 2026