• Bakı 19° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Ağcabədidə avtomat tapıldı

HADİSƏ

23 Aprel 2025 | 13:43

Ağcabədidə avtomat tapıldı

Ağcabədi rayonunda Aşağı Avşar kəndi ərazisində su kanalının kənarından silah-sursat aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı 1 ədəd "Kalaşnikov" avtomatı, 25 ədəd patron və həmin silaha məxsus daraq götürülüb.

    Bundan əlavə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 7 ədəd müxtəlif markalı ov tüfəngini polisə təhvil verib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR