• Bakı 14° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarlandı

HADİSƏ

31 Yanvar 2025 | 13:20

Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarlandı

Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Reginal Qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı Elşad Zeynalov saxlanılıb. E.Zeynalovun üzərindən və yaşadığı ünvandan 12 kiloqram marixuana aşkarlanaraq götürülüb. Onun bir müddət əvvəl narkotikləri kultivasiyasi yolu ilə yetişdirərək əldə etdiyi və satış məqsədi ilə özündə saxladığı müəyyən olunub.

Faktla bağlı cinayət iși başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026