• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağ Evdə nazirlə İlon Mask arasında DAVA

DÜNYA

08 Iyun 2025 | 17:04 | Müəllif: Subhan Mahmudov

Ağ Evdə nazirlə İlon Mask arasında DAVA

Amerikalı sahibkar İlon Mask ABŞ-ın maliyyə naziri Skot Bessentlə davada qançır alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzetinə ABŞ Prezidenti Donald Trampın keçmiş baş siyasi strateqi Stiven Bannon məlumat verib.

Bannonun sözlərinə görə, Tramp və Mask arasında Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri kimi səlahiyyət müddətinin başa çatması ilə bağlı keçirilən mətbuat konfransı ərəfəsində mübahisə düşüb. Maliyyə naziri Bessent Maskı büdcəni bir trilyon dollar azaltmaq vədini yerinə yetirməməkdə günahlandırıb, bundan sonra Mask onu itələyib.

Hadisənin Oval kabinetdən Ağ evin Baş Qərargah rəisi Syuzan Uilsin ofisinə gedən yolda baş verdiyi iddia edilir. Qəzet onu da qeyd edir ki, dava Ağ evin mətbuat katibi Karolin Leavitt tərəfindən təsdiqlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026