• Bakı 12° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

ABŞ-İran müharibəsinin dayandırılması üzrə SON PLAN

DÜNYA

06 Aprel 2026 | 11:42

ABŞ-İran müharibəsinin dayandırılması üzrə SON PLAN

İran və ABŞ müharibənin dayandırılması üzrə Pakistan tərəfindən hazırlanmış plan alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, sənəd iki mərhələli yanaşmanı nəzərdə tutur: dərhal atəşkəs, ardınca hərtərəfli razılaşma. Atəşkəsin Hörmüz boğazından gəmilərin keçidinin dərhal bərpasına imkan verəcəyi gözlənilir. Yekun razılaşma 15-20 gün ərzində əldə edilə bilər. Agentlik yazır ki, sanksiyaların yüngülləşdirilməsi və xarici aktivlərinin dondurulmasının ləğvi müqabilində Tehranın nüvə proqramına məhdudiyyətlərin qoyulacağı gözlənilir.

Bununla belə mənbə qeyd edib ki, İran planı nəzərdən keçirsə də, müvəqqəti atəşkəs müqabilində Hörmüz boğazını açmayacaq.

“Tehran qərar vermək üçün heç bir son tarix və ya təzyiqi qəbul etməyəcək. Tehranın nöqteyi-nəzərindən ABŞ daimi atəşkəsə nail olmağa hazır deyil”.

Mənbə qeyd edib ki, ilkin razılaşmalar Pakistanın vasitəçiliyi ilə tərəflər arasında əsas rabitə kanalı kimi xidmət edən memorandum şəklində rəsmiləşdirilə bilər.

ABŞ və İran hələlik məsələ barədə rəsmi açıqlama verməyib./Teleqraf


SON XƏBƏRLƏR

05 Aprel 2026