• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"ABŞ ilə müharibə qaçılmazdır" - Medvedev

DÜNYA

23 Yanvar 2024 | 19:06 | Müəllif: Subhan Mahmudov

"ABŞ ilə müharibə qaçılmazdır" - Medvedev

"ABŞ-la müharibə Alyaska üçün “qaçılmazdır”".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, 19-cu əsrdə ABŞ-a satılan Alyaska Rusiyaya qaytarılmayacaq. 

Qoy belə olsun. Və bir gün Alyaskanın bizə qaytarılacağını gözləyirdik. İndi müharibə qaçılmazdır”, - Rusiya Federasiyasının keçmiş prezidenti sosial şəbəkədəki X istifadəçi hesabının ingilis dilindəki versiyasında yazıya gülümsəyən emoji əlavə edib.

Bir gün əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Rusiya prezidenti Vladimir Putinin Alyaskanı “qəbul etməyəcəyini” açıqlamışdı. 

O, Putinin guya Alyaskanın ABŞ-a satılmasını “qanunsuz” elan edən fərmanı imzalaması ilə bağlı xəbərlərə münasibət bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026