• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ diplomatı Danimarka XİN-ə çağırılıb

DÜNYA

27 Avqust 2025 | 11:30

ABŞ diplomatı Danimarka XİN-ə çağırılıb

ABŞ-nin Kopenhagendəki səfirliyinin yüksək rütbəli diplomatı Danimarka Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə DR ictimai televiziya şirkəti bildirib.

Buna səbəb ABŞ vətəndaşlarının Qrenlandiyada təsir əməliyyatları aparması barədə məlumatların yayılmasıdır.

Məlumata görə, Danimarka hökuməti hesab edir ki, Tramp administrasiyası ilə əlaqəli olan ən azı üç ABŞ vətəndaşı Danimarka ərazisində gizli təsir əməliyyatlarına cəlb olunub.

"Krallığın (Danimarkanın) daxili işlərinə müdaxilə cəhdləri qəbuledilməzdir. Bununla əlaqədar olaraq ABŞ diplomatının XİN-ə çağırılması ilə bağlı göstəriş verdim", - Danimarka XİN başçısı Lars Lekke Rasmussen bildirib.

Hazırda Kopenhagendəki ABŞ missiyasına müvəqqəti işlər vəkili Mark Ştro rəhbərlik edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026