• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda böyük tıxacların olacağı gözlənilir 

CƏMİYYƏT

05 Sentyabr 2022 | 14:01

Bakıda böyük tıxacların olacağı gözlənilir

“İndidən güman edə bilərik ki, bu il dərslər başladıqdan (cəmi bir həftədən) sonra paytaxt Bakının küçələrində son illər rast gəlmədiyimiz tıxaclara şahidlik edəcəyik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov bildirib.

Ekspert bir sıra məqamlara toxunub:

“Bunu güman etmək üçün qeyd etdiyim məqamlara diqqət etmək kifayətdir:

- paytaxt metropoliteni genişlənmir, demək olar ki, yerində sayır (8-10 ilə bir stansiyanın istismara verilməsi yerində sayamaq kimi bir şeydir);

- paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişin daşıma çox ciddi iqtisadi, texniki və təşkilati böhran yaşayır. Belə davam etsə, dövlətin ciddi dəstəyi və müadxiləsi olmasa, bu sektorun çöküşü çox uzaqda deyil;

- taksi aqreqatorları “hər kəsi ucuz qiymətə biz daşıyacağıq” devizini açıq səsləndirirlər. İlk baxışdan cazibədar, lakin Bakı kimi iri şəhərdə reallıqdan uzaq olan bu ideya son illərdə taksi minik avtomobillərinin sayının dəfələrlə artmasına gətirib çıxarmışdır;”

Ə.Hüseynov bildirib ki, ictimai nəqliyyatla qane olmayan, çox vaxt ona əli çatmayan və “ucuz taksi” şüarının keçici olduğunu bilən insanlar bütün imkanlarını səfərbər edərək fərdi avtomobil əldə etməkdədirlər:

“- Köhnə, bəzən yarasız avtomobil sahibləri isə ondan bərk-bərk yapışıblar ki, yollarda qalmasınlar. Əslində fərdi avtomobillərin artması qorxulu deyil, çünki bu, firavanlıq, maddi rifahın yüksək olması deməkdir (inkişaf etmiş ölkələrdə belədir). Amm bizim dərdimiz odur ki, fərdi avtomobil nəinki ailənin, hətta bəzən qohum-qonşunun yeganə yerdəyişmə vasitəsi olur. Bu səbəbdən az qala hər kəsin avtomobili hər gün küçədə olur;

- velosipedin real mobillik (yerdəyişmə) vasitəsinə çevirilməsi istiqamətində isə sadəcə söz-söhbət var;

- tıxac yaradan digər səbəblər (müəyyən yerlərdə hərəkətin təşkilimdəki qüsurlar, qanunsuz parklanma, bəzən elementar mədəniyyətsizlik və s.) də yerində qalır”.

“Belə mənzərə fonunda tıxaclar qaçılmaz olur. Nəticədə vaxtımız (ömrümüz), pulumuz, əsəblərimiz, əmək qabiliyyətimiz və s. yollarda xərclənir...

Ən kədərlisi odur ki, hansısa dövlət qurumunun bu bəlanı həll etmək istiqamətində aydın fəaliyyət planı, ideyası yoxdur (varsa da, cəmiyyətə məlum deyil). Təbii ki, belə ola bilməz. Bu istiqamətdə real ciddi işlər görmək lazımdır” – deyə, Ərşad Hüseynov bildirib.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026