• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Zidandan Ronaldo açıqlaması

İDMAN

13 Mart 2021 | 00:58

Zidandan Ronaldo açıqlaması

"Real"ın baş məşqçisi Zinəddin Zidan "Yuventus"un futbolçusu Kriştiano Ronaldonun Madrid klubuna mümkün qayıdışı barədə yayılan xəbərlərə münasibət bildirib.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçu ilə bağlı deyib: “Kriştianonun "Real" üçün nə demək olduğunu bilirsiniz. Burada etdikləri heyrətamizdir. Ronaldo "Real"da tarix yazıb. Ancaq hazırda "Yuventus"un futbolçusudur və orada çox yaxşı oynayır. Bu barədə sizə heç nə deyə bilmərəm. Bəli, onun haqqında çox danışıq var, amma hörmət etməliyik".

Qeyd edək ki, Ronaldonun agenti Jorje Mendeşin "Real"ın prezidenti Floretino Pereslə 36 yaşlı oyunçunun Madrid təmsilçisini mükün qayıdışını müzakirə etdiyi bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026