• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zaxarova: “Evin başçısı kişidir”

DÜNYA

09 Mart 2021 | 09:46

Zaxarova: “Evin başçısı kişidir”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hesab edir ki, evin başçısı kişidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “Mir” televiziyasına müsahibəsi zamanı bildirib.

“Hesab edirəm ki, evin başçısı kişidir. Mənim kişiyə rəhbərlik etmək kimi bir istəyim yoxdur. Belə olan halda kişi öz kişiliyini itirir”, - deyə Zaxarova bəyan edib.

Diplomat qeyd edib ki, yaxınları onu daha çox televizor vasitəsilə görürlər. Onun fikrincə, iş fəaliyyətinə görə nələrdənsə imtina etmək qaçılmazdır.  

M.Zaxarova həm yaxşı ana, həm də yaxşı həyat yoldaşı olmağa çalışdığını deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026