• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Zaur Rzayevin SON DURUMU - YENİLƏNİB

MƏDƏNİYYƏT

09 Sentyabr 2026 | 12:27 | Müəllif: Subhan Mahmudov

Zaur Rzayevin SON DURUMU - YENİLƏNİB

1952-ci il təvəllüdlü şəxs (Xalq artisti Zuar Rzayev - red.) 05.09.2026-cı il tarixində saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Göstərilən zəruri reanimasiya tədbirləri nəticəsində vəziyyətində stabilləşmə müşahidə edilən pasiyentin müalicəsi Terapiya şöbəsində davam etdirilir.

***

10:20

Xalq artistiZaur Rzayev xəstəxanaya yerləşdirilib. 

Bakıvaxtı.az  xəbər verir ki, sentyabrın 5-də müğənninin səhhəti pisləşib və həkim nəzarətinə götürülüb. 

Yaxınlarının bildirdiyinə görə, Z.Rzayev reanimasiyadadır:

"Böyrək, qaraciyər çatışmazlığından əziyyət çəkir. Həkimlər vəziyyətini ağır olaraq qiymətləndirir. Nəzarətdə saxlayırlar, müalicələr gedir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026