Azərbaycanda koronavirusa 33 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında 1 nəfər vəfat edib.
Ümumilikdə 792 445 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 603 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 135 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 472, ötən müddət ərzində isə ümumilikdə 6 785 398 test aparılıb.

















