• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yevlaxda 22 ağac qəsdən yandırılıb?

CƏMİYYƏT

10 Fevral 2022 | 13:26 | Müəllif: Qalib İbrahimoğlu

Yevlaxda 22 ağac qəsdən yandırılıb?

 Yevlaxda yaşıllıq zolağında 22 ağac yandırılaraq məhv edilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Aran-1 qəsəbəsi ərazisində baş verib.

Qəsdən törədildiyi ehtimal edilən yanğın nəticəsində qovaq və söyüd növləri olan 22 ağac yanaraq yarasız hala düşüb. Onlardan 13-ü tamamən, 9 -u isə qismən məhv olub.

8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Yevlax şəhər şöbəsindən əldə edilən məlumata görə, hadisənin qəsdən törədildiyi ehtimal olunduğundan, hüquq-mühafizə orqanlarına müraciət olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR