Hüceyrə əsasında xərçənglə mübarizədə xəstələrə ümid verə biləcək yeni bir pərdə açıldı.
Bakıvaxtı.az-ın məlumatına görə, bu şad xəbəri Dünya Aferez Assosiasiyasının prezidenti professor Fevzi Altuntaş verib.
Altuntaş immunitet sisteminin döyüşçü T hüceyrələrinin genetik olaraq dəyişdirilərək daha güclü hala gətirilə və xəstələrə yenidən köçürülə biləcəyini söyləyib. "CAR-T" adlı bu müalicə metodunun müvəffəqiyyət nisbətinin indiyə qədər aparılan araşdırmalarda çox yüksək olduğunu bildirən F.Altuntaş qeyd edib ki, xərçəng müalicələrində fərdiləşdirilmiş, hüceyrəli müalicələr istifadə edilməyə başlanıb. Onun sözlərinə görə, immunitet sistemimizin hüceyrə bazasına baxsaq, 2 döyüşçü hüceyrəmiz var: “Bunlar B və T hüceyrələridir. "CAR-T" metodunda bir reseptor əlavə edərək T hüceyrəsini gücləndiririk. Biz T hüceyrəsinin genetikası ilə oynayırıq və onun DNT-sinə kod əlavə edirik. T hüceyrəsinə əmr verilir ki, "silahlarınızı alın və o hüceyrəyə hücum edin". Nəticədə orqanizm xərçənglə daha yaxşı mübarizə aparır".
Tətbiq üçün ilk növbədə xəstədən qan alınır, sonra laboratoriya mühitində genetik kodu T hüceyrələrinə yüklənilərək, çoxaldılər. Bu təkrarlama təxminən 3 həftə çəkir: "Müalicə effekti yaradana qədər çoxaldıqdan sonra yenidən xəstəyə keçiririk. Bu, bir çox xərçəng və otoimmün xəstəliklərdə istifadə edilə bilən bir üsuldur".
Həkim bildirib ki, Amerikada 6 məhsul FDA, Avropada isə 1 məhsul Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənib: “Uzunmüddətli nəticələri görmək lazımdır. 2 il əvvəl hematoloji xərçəngi olan 63 yaşlı kişi xəstədə sınaqdan keçirdik. Müəyyən problemlərlə üzləşsək də, hazırda müalicədə yaxşı nəticə əldə etdiyimizi deyə bilərik. Amma dediyim kimi, uzunmüddətli nəticələri görməliyik”.
Aytac Aslan








jpg-1666160132.webp)







