• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"YAŞAT" düşərgəsinin 7-ci həftəsi başlayıb

CƏMİYYƏT

29 Iyul 2025 | 14:39 | Müəllif: Əli Hüseynov

"YAŞAT" düşərgəsinin 7-ci həftəsi başlayıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 7-ci həftəsinə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, budəfəki tədbirlərə Türkiyədən olan 18 şəhid övladı da qoşulub.

Düşərgənin açılış mərasimində həftə çərçivəsində baş tutacaq təşəbbüslər çatdırılıb, qaydalar izah edilib.

İlkin olaraq İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovla görüş baş tutub. O, uşaqlarla yeni texnologiyalar və innovasiyalar mühitində şəxsi inkişafın əsasları barədə müzakirələr aparıb.

Xanbulan gölünə ekskursiya zamanı iştirakçılar təbiətin füsnkar və özünəməxsus mənzərəsi ilə tanış olublar.

Hoteldaxili əyləncə, boulinq saatlarında, futbol, voleybol və  parkur yarışlarında  qələbə uğrunda mübarizə xoş anlara səbəb olub.

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri İnsafəli Səmədov və Anar Qasımov iştirakçılarla görüşdə yeni düşüncə əsaslı şəxsi inkişafın və uğur qazanmağın yolları barədə fikirlərini bölüşüblər.


"YAŞAT" düşərgəsinin 7-ci həftəsi başlayıb"YAŞAT" düşərgəsinin 7-ci həftəsi başlayıb"YAŞAT" düşərgəsinin 7-ci həftəsi başlayıb"YAŞAT" düşərgəsinin 7-ci həftəsi başlayıb"YAŞAT" düşərgəsinin 7-ci həftəsi başlayıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026