• Bakı 21° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Yasamalda hərəkət edən bütün sürücülərə XƏBƏRDARLIQ

CƏMİYYƏT

04 Iyul 2026 | 12:40 | Müəllif: Subhan Mahmudov

Yasamalda hərəkət edən bütün sürücülərə XƏBƏRDARLIQ

Paytaxtın Yasamal rayonunda, Kamil Rəhimov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısında yol piyadalar üçün nəzərdə tutulmuş pilləkənlə bitir.

Bakıvaxtı.az xəbər verir ki, sakinlər bildirirlər ki, ərazini yaxşı tanımayan bəzi sürücülər pilləkəni vaxtında fərq etmədikləri üçün burada yol-nəqliyyat hadisələri baş verir.

Onların sözlərinə görə, bu cür qəzalar dəfələrlə yaşanıb və ətrafda yaşayanlar tez-tez hadisə yerinə gələrək sürücülərə kömək edirlər. Yasamal Rayon İcra Hakimiyyəti isə problemin həlli məqsədilə həmin ərazidə qoruyucu dirəklərin quraşdırılacağını açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR