• Bakı 15° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Yaponiya mübahisəli suların yaxınlığında Çin gəmisi aşkar edib

DÜNYA

31 Mart 2026 | 07:54

Yaponiya mübahisəli suların yaxınlığında Çin gəmisi aşkar edib

Yaponiya, Uotsurişima adasının qərbində və şimal-qərbində yerləşən xüsusi iqtisadi zonada Çin tədqiqat gəmisinin fəaliyyətini aşkar edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" Yaponiya Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Çin okeanoqrafik tədqiqat gəmisi "Xiang Yang Hong 22" bazar ertəsi günü yerli vaxtla saat 13:30 radələrində Şərqi Çin dənizində mübahisəli arxipelaqın bir hissəsi olan Uotsurişima adasından təxminən 37 dəniz mili məsafədə müşahidə edilib.

Vurğulanıb ki, gəmi hər iki tərəfdən su borusuna bənzər avadanlıqları suya endirib.

Yaponiya patrul gəmisi Çin tərəfini radio ilə Tokionun razılığı olmadan dəniz elmi tədqiqatlarının aparılmasının qəbuledilməz olduğu barədə xəbərdar edib.

Bazar ertəsi günü yayımlanan açıqlamada Yaponiya Sahil Mühafizəsi Çin gəmisini izləməyə davam etdiyini vurğulayıb və bu cür fəaliyyəti dayandırmaq üçün tələbini təkrarlayıb.


SON XƏBƏRLƏR

30 Mart 2026