• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xavi "Barcelona"dan gedəcəyini təsdiqlədi

İDMAN

12 Aprel 2024 | 21:10 | Müəllif: Subhan Mahmudov

Xavi "Barcelona"dan gedəcəyini təsdiqlədi

"Barcelona"nın baş məşqçisi Xavi bu mövsüm başa çatdıqdan sonra Kataloniya klubundan ayrılacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İspan mütəxəssis özü bir daha dediklərini təsdiq edib. 

O, fikrini dəyişməyəcəyini bildirib: "Mövsümün sonunda klubdan ayrılmaq qərarım dəyişməyəcək. Qəbul etdiyim qərar düzgün qərardır, bu, kluba, futbolçulara, hətta mətbuata, eləcə də mənə və yaxınlarıma sakitlik gətirdi... Və mən öz fikrimi dəyişmirəm", - deyə Xavi bildirib. 

Xavi 2021-ci ilin noyabrından "Barcelona"ya rəhbərlik edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026