• Bakı 19° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Vəziyyəti pisləşən gəmi kapitanı xilas edilib - DSX

HADİSƏ

06 Aprel 2022 | 11:50

Vəziyyəti pisləşən gəmi kapitanı xilas edilib - DSX

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, 6 aprel tarixində saat 00:20 radələrində Dövlət Dəniz və Liman Agentliyinin növbətçi operatoru və Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Lənkəran reydindən Salyan reydi istiqamətində hərəkətdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Əlif Hacıyev” elmi-tədqiqat gəmisinin kapitanının 3-cü köməkçisi 1992-ci il təvəllüdlü Hüseynov Ramazan Seyfi oğlunun səhhətinin qəflətən pisləşməsi barədə məlumat daxil olub.

Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticə­sində “Astara” reydində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinin itisürətli qayığı tərəfindən Salyan şəhər Təcili Tibbi Yar­dım Stansiyasının həkimi qeyd olunan əraziyə çatdırılıb.

İlkin tibbi yardımın göstərilməsindən sonra qeyd olunan şəxsin həkim nəzarəti altında DSX Sahil Mühafizəsinin gəmisinə keçirilməsi və sahilə təxliyəsi təmin olunub.


Vəziyyəti pisləşən gəmi kapitanı xilas edilib - DSXVəziyyəti pisləşən gəmi kapitanı xilas edilib - DSXVəziyyəti pisləşən gəmi kapitanı xilas edilib - DSX
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR