• Bakı 19° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

DİN və Penitensiar Xidmətdən birgə ƏMƏLİYYAT

HADİSƏ

06 May 2022 | 11:35

DİN və Penitensiar Xidmətdən birgə ƏMƏLİYYAT

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı tərəfindən Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, Oğuz rayonunun Bucaq kəndində yolun kənarında meşəlik ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd əl qumbarası və 78 ədəd 7.62 mm-lik avtomat güllələri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


DİN və Penitensiar Xidmətdən birgə ƏMƏLİYYAT
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026