V Antalya Diplomatiya Forumu (ADF2026) başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında təşkil olunan builki forum “Gələcəyi planlaşdırarkən problemlərin öhdəsindən gəlmək” mövzusunda keçirilir.
Mövzu gələcək prosesləri qabaqlamağın, risk və imkanları müəyyən etməyin, strategiyalar hazırlamağın və analitik nəticələri praktik addımlara çevirməyin zəruriliyini ön plana çıxarır.
Forum aprelin 19-dək davam edəcək.
Bakı 




