• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ÜST-dən  koronavirusla bağlı XƏBƏRDARLIQ

DÜNYA

05 Oktyabr 2022 | 17:28

ÜST-dən koronavirusla bağlı XƏBƏRDARLIQ

“Dünyada koronavirus infeksiyasına yoluxma hallarının artacağını gözlənilir. Amma peyvənd və terapevtik vasitələrimiz var”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, COVİD-19-un omikron ştamı qlobal miqyasda dominant versiya olaraq qalır: “Bundan başqa, əməkdaşlarımız 300-dən çox alt variantı müşahidə edirlər”.

Baş direktor əhalini vaksinasiyaya çağırıb.

Qeyd edək ki, koronavirusa ilk dəfə 2019-cu ilin dekabr ayında Çində rast gəlinib. ÜST 2020-ci ilin fevral ayında bu xəstəliyi pandemiya elan edib. İndiyədək 358,549,410 nəfərdən çox insan bu virusa yoluxub. Bunların 300 milyondan çoxu sağalıb, 5,615,597 çoxu isə ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026