• Bakı 15° C

    1.58 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Ukrayna və Niderland birgə dron istehsal edəcək

DÜNYA

01 Dekabr 2025 | 18:44 | Müəllif: Subhan Mahmudov

Ukrayna və Niderland birgə dron istehsal edəcək

Ukrayna və Niderlandın müdafiə nazirləri Denis Şmıqal və Ruben Brekelmans pilotsuz uçuş sistemlərinin birgə istehsalına dair saziş imzalayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Denis Şmıqal “Telegram” səhifəsində məlumat verib. "Saziş Ukraynanın pilotsuz uçuş sistemlərinin həm Ukraynada, həm də Niderlandda birgə istehsalına yol açır", - deyə Şmıqal əlavə edib. Nazir istehsalın Ukrayna və Niderland arasında bölüşdürüləcəyini qeyd edib. Pilotsuz təyyarələr Niderland tərəfindən alınaraq Ukrayna Müdafiə Qüvvələrinə veriləcək.

"Biz tərəfdaşlarımızla əməkdaşlıq edərək ən yaxşı Ukrayna silahlarının istehsalını genişləndirməyə davam edirik", - deyə müdafiə naziri qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026