• Bakı 19° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Fransada 15 yaşdan kiçiklər üçün sosial şəbəkə qadağan olunacaq

DÜNYA

31 Dekabr 2025 | 18:10 | Müəllif: Subhan Mahmudov

Fransada 15 yaşdan kiçiklər üçün sosial şəbəkə qadağan olunacaq

Fransa 1 sentyabrda başlayacaq yeni tədris ilindən etibarən 15 yaşdan kiçiklər üçün sosial şəbəkələrdən istifadəni qadağan etməyi planlaşdırır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Agence France-Presse yazıb. 

Nəşr parlamentin 2026-cı ilin əvvəlində müzakirəyə çıxaracağı qanun layihəsinə istinadən bildirib: "Qanun layihəsi ilə bağlı parlament müzakirələri 2026-cı ilin əvvəlinə planlaşdırılıb. İki maddədən ibarət qanun layihəsi 1 sentyabr 2026-cı il tarixindən etibarən 15 yaşdan kiçik yetkinlik yaşına çatmayanlara sosial şəbəkə xidmətlərinin göstərilməsini qadağan etməyi hədəfləyir.

Daha əvvəl Fransa prezidenti Emmanuel Makron 2027-ci ildə səlahiyyət müddətinin sonuna qədər 15-16 yaşlı uşaqlar və yeniyetmələr üçün sosial şəbəkələrə çıxışı qadağan etmək planlarını açıqlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026