• Bakı 11° C

    9.94 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Ukrayna və Almaniya lazer silahlar istehsal edə bilər

DÜNYA

11 Aprel 2026 | 11:50

Ukrayna və Almaniya lazer silahlar istehsal edə bilər

Ukraynanın müdafiə naziri Mixaylo Fedorov almaniyalı həmkarı Boris Pistorius ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Danışıqlar zamanı tərəflər lazer silahları sahəsində əməkdaşlıq perspektivləri də daxil olmaqla birgə layihələri müzakirə ediblər.

Bundan başqa, tərəflər arasında hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, eləcə də uzaqmənzilli dronların istehsalı üçün əlavə maliyyələşdirməyə dair fikir mübadiləsi aparılıb.

Nazirlər həmçinin innovativ lazer silahları sahəsində əməkdaşlıq perspektivlərinə də toxunublar.


SON XƏBƏRLƏR

10 Aprel 2026