• Bakı 28° C

    4.17 m/s

UEFA Konfrans Liqası: "Qarabağ" - "Dinamo" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB + CANLI YAYIM 

İDMAN

13 Avqust 2026 | 21:12

UEFA Konfrans Liqası: Qarabağ - Dinamo oyununda ikinci hissə başlayıb - YENİLƏNİB + CANLI YAYIM 

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.

12-ci dəqiqədə Jali Muaddib fərqlənib.

***

20:56

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 1:0

12-ci dəqiqədə Jali Muaddib fərqlənib.

***

20:19

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.

12-ci dəqiqədə Jali Muaddib fərqlənib.

***

20:03

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Ukrayna) oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanın baş hakimi ingiltərəli FIFA referisi Stüart Attuelldir.

Xatırladaq ki, komandalar arasında Polşada baş tutan ilk oyun Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

III təsnifat mərhələsində üstün olan tərəf pley-off-da "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR