• Bakı 22° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

UEFA Çempionlar Liqasında liqa mərhələsinə start verildi

İDMAN

08 Sentyabr 2026 | 23:50 | Müəllif: Subhan Mahmudov

UEFA Çempionlar Liqasında liqa mərhələsinə start verildi

Bu gün UEFA Çempionlar Liqasında liqa mərhələsinə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşmadan 2-si başa çatıb.

"Brügge" Belçikada İngiltərənin "Aston Villa" komandasına 2:3, Avstriyanın LASK kollektivi isə Yunanıstanda AEK-ə 0:1 hesabı ilə uduzub.

Günün digər oyunlarında Almaniyanın “Borussiya Dortmund” komandası İspaniyanın “Vilyarreal” klubunu sınağa çəkəcək.

Portuqaliya təmsilçisi “Portu” İngiltərənin “Mançester Siti” klubu, “Lill” isə Fransada İspaniyanın “Betis” kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, I turun digər görüşləri sentyabrın 9-da və 10-da keçiriləcək. Azərbaycan çempionu “Sabah” isə sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”lə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026