• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Trampın xüsusi nümayəndəsi İsrailə gəlib

DÜNYA

12 May 2025 | 15:15

Trampın xüsusi nümayəndəsi İsrailə gəlib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İsrailin Baş naziri Binyamin Netanyahu və bir sıra yüksək rütbəli rəsmilərlə görüşmək üçün bu ölkəyə gəlib.

Bakıvaxtı.az İsrailin “Ynet” xəbər portalına istinadən xəbər verir ki, səfər ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksandrın gözlənilən azad edilməsi fonunda baş tutub.

"ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff İsrailə gəlib. Onun Həmas tərəfindən girovun azad edilməsinə hazırlıq fonunda Baş nazir Binyamin Netanyahu və digər yüksək rütbəli şəxslərlə görüşəcəyi gözlənilir", - məlumatda bildirilib.

S.Uitkoff İdan Aleksandr və onun ailəsi ilə görüşməyi planlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026