• Bakı 24° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Tramp: Ukrayna münaqişəsi çox tezliklə başa çatacaq

DÜNYA

17 Sentyabr 2026 | 10:03 | Müəllif: Gülşən Şərif

Tramp: Ukrayna münaqişəsi çox tezliklə başa çatacaq

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin çox tezliklə başa çatacağına inandığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə Şimali Karolinada çıxışı zamanı danışıb. ABŞ lideri administrasiyasının münaqişənin həlli istiqamətində intensiv çalışdığını deyib.

“Rusiya və Ukrayna arasında münaqişənin həlli üzərində ciddi işləyirik. Mən səkkiz münaqişəni həll etmişəm, lakin ən çətini Rusiya ilə Ukrayna arasındakı münaqişədir”, - Tramp bildirib.

ABŞ Prezidenti, həmçinin Ukraynadakı müharibənin dizel yanacağının qiymətlərinin artmasına təsir etdiyini iddia edib.

“Amma bütün bunlar çox tezliklə başa çatacaq”, = Tramp əlavə edib.

Trampın açıqlaması onun sentyabrın 16-da Şimali Karolinaya səfəri zamanı səslənib. Ağ Ev həmin gün prezidentin ştata səfər etdiyini təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026