• Bakı 19° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Tramp özünə qırmızı "Tesla" aldı - FOTO - VİDEO

DÜNYA

12 Mart 2025 | 15:18

Tramp özünə qırmızı "Tesla" aldı - FOTO - VİDEO

ABŞ Prezidenti Donald Tramp yeni “Tesla” avtomobili alıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb.

Tramp Ağ Evin qarşısında dayanmış qırmızı “Tesla” avtomobilinin yanında jurnalistlərə açıqlama da verib. Onun yanında “Tesla”nın sahibi İlon Mask və azyaşlı oğlu olub.

Tramp Maska dəstəyini ifadə edərək ona qarşı çox ədalətsiz davranıldığını bildirib.

ABŞ prezidenti, həmçinin qeyd edib ki, onun avtomobili idarə etmək icazəsi yoxdur, lakin aldığı “Tesla” Ağ Evdə qalacaq və heyətinin üzvləri idarə edəcək.

Qeyd edək ki, Tramp daha əvvəl Maska dəstək üçün yeni “Tesla” alacağını açıqlamışdı.

Xatırladaq ki, İ. Maskın ABŞ Hökumət Səmərəliliyi Departamentinin (DOGE) hökumət aparatını ixtisar etmək üçün atdığı addımlar ölkədə “Tesla”ya qarşı etirazlara səbəb olub. Maskın xalis sərvəti “Tesla” səhmlərinin əhəmiyyətli dərəcədə azalmasından sonra bir gündə 8,8 milyard dollar azalıb.


Tramp özünə qırmızı "Tesla" aldı - FOTO - VİDEOTramp özünə qırmızı "Tesla" aldı - FOTO - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR